ice berg

ice berg Sevgi 27-05-2021, 14:02

Səninlə də olmur sənsiz də...

Səninlə də olmur sənsiz də...
Yenə səssizlik,içimdə fırtınalarla ürəyimdən təkcə sən keçirsən. Bir gün imkan olsa gözlərinin içinə doyunca baxmaq istəyirəm. Orda itib batmaq və heç zaman üzə çıxmamaq nə gözəl hissdir. Ürəyimi yandıran baxışlar heç vaxt gözümüm önündən getmir. Sənə dəlicəsinə vurulan olubmu heç... ki səni bütün səssizliyi ilə sevsin. Qəlbinin dərinliyində səssiz və sakitcə... Sənə qarşı hisslərimin önünə keçmək istəmişəm həmişə. Sənə nifrət etmək... amma bunu bacarmıram. Sənə vurğunluğumun önünə keçə bilmirəm. Gözlərin,qaşların ağlımdan çıxmır. Və sən tam cazibədarlığın ilə məni hər qarşılaşdığımızda heyran edirsən. Özümü səndən nə qədər uzaq tutmağa çalışıram, amma boş yerə. Sənə qarşı hisslərim çox güclüdü. Beyin girən kol deyil. Hal hazırda özümü sənə tam təslim etmişəm. Bircə gəl deməyinlə harda olursan ol gələrəm yanına. Sənə belə necə bağlandım? Axı noldu? Bu hardan çıxdı belə? Mən sənə qarşı belə hiss etməmişəm əvvəllər.

Gecə vaxtı qızdırma içində oyanıb su istəyircəsinə mən də səndən ötrü susamışam. Mən də sənə susuz qalmışam. Səni yanımda xəyal etmək boş içki şüşələrində içki xəyal etmək kimidir. Bu gecənin də sabahı var. Amma onun da yenə qaranlıq gecəsi...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 629 601 533 607 653

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.