Gözəl qadın
🦋Gözəl qadın.🦋
Hələ qədim zamanlardan qadından gözəllik və paklıq tələb edilmişdir. Normal zövqə malik olan adam özünə həyat yoldaşı seçəndə çirkinlik və eybəcərliyi rədd etmişdir. İslam bunu nəzərə almışdır. Bunu Peyğəmbər (salləllahu aleyhi və səlləm) verilən bir hədisində də qeyd edir. Gözəlik dörd şərtdən biri kimi göstərilir. Belə ki, xarici gözəllik qadına münasibətdə rəğbət yaranması üçün, halaldan zövq almaq üçün əhəmiyyətlidir. Əlbəttə, islam insanın anadangəlmə keyfiyyətlərinə qarşı çıxmır, lakin insanın ğözəlliyə üstünlük verməsini, hər bir kişinin öz gələcək həyat yoldaşının istəməsini də nəzərə alır. Bununla belə hər bir istək ülvi olmalıdır. Uca Allah buyurur: “Axirət daha yaxşı və əbədidir”. (əl-A’lə, 17).
Müsəlman daha çox öz axirətinin qayğısına qalan əməlisaleh qadınla evlənir. O, həm dünyasını, həm də axirətini puç edəndən uzaq gəzər.
Onu qoruyan Allah qorxusu olamayan gözəl ailəsinin başına bəlalar gətirir, ailəni dağıdır, uşaqlarını avara qoyur. Allah Təalə buyurur: “Allaha şərik qoşan qadınlar imana gəlməyincə onlarla evlənməyin. Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə məftun olduğunuz müşrik qadından daha yaxşıdır”. (əl-Bəqərə, 221).
Təqvanın parlaqlığını və paklığını daha da gözəllik ailə həyatını xöşbəxt edir, qadına nümunəvi qadına xas kefiyyətlərdən birinə yiyələnməyə imkan verir.






