Başlığı olmayan yazı
Başlığı yoxdur bu yazının. Kağıza tökdüyüm hansısa etiraflara görə bir başlıq fikirləşmədim, buna görə gərək məni bağışlayasan...açıq sözlü olduğumu demişdim bir dəfə, yadındadırmı? indi sən onu da unutmuş olarsan, o ayrı, amma mən yenə də xatırladım.
Öncəliklə deməliyəm ki, çox ayıb iş tutursan, insan bu qədər gözəl olmaz!
Yox, bunu tərif xatirinə yazdığımı düşünmə. Həm mən səni niyə tərifləyim ki?!
Danışarkən insanın gözlərinə zilləməyin çox yanlışdır, bunu da unutma! gülümsəməyin ya da pəncərə qırağına başını söykəyib dalğın-fikirli baxmağın da haqsızlıqdır, məncə!
Sonra...
Sonra şey var..anlamadığın bir şey olanda qaşlarını çatmağın, xüsusilə sol qaşını qaldırmağın, hirslənməyin də çox pisdir sənin. Çənəni sıxmağın da pisdir, əsəbini boğaraq danışmağa çalışarkən boynundakı o solğun yaşıl damarının şişməsi də, əllərini belinə qoyub başını arxaya ataraq havanı içinə çəkməyin də heç qəşəng deyil, məsələn. Fikir verdiyimdən deyil, əlbəttə, amma bunu deməliyəm ki, qaşlarının üzərinə qədər düşən saçlarını da qəfil baş hərəkətilə yana atmağın da çox gözəl sayılmaz. Taxdığın o bütün, üzünü ortaya çıxaran papaqlar da çox pisdir, yaxalığını boynuna qədər qaldırdığın paltoların da. İnsanlarla danışarkən gözünü bir dəfə də olsun qırpmırsan, bunun nəyi yaxşıdır axı? Gülərkən yanaq kənarlarında çuxurların əmələ gəlməsinə nə gərək var ki?! Qulaqlıq taxıb musiqi dinləməyinə bir şey demirəm amma bu halda yola çıxmağın, üstəlik əlin cibində yerə baxaraq addımlamağın da lazım deyil! Hələki yazacaqlarım bu qədərdir, diqqətə alsan sevinərəm!
Hə ,bir də on il əvvəl atan üstünə qışqıranda ağlamışdın o vaxt deyə bilməmişdim amma kirpiklərinin islanması da, göz yaşından süzülən damlanın yanağında iz qoyaraq aşağı sürüşməsi də, dodaqlarının əsməsi də, başını dizlərinə söykəyən zaman çiyinlərinin titrəməsi də heç gözəl deyil!
Özünə yaxşı bax, nifrət edirəm, səmimi qəlbdən...