reklam
Osho Qorxu kitabından seçmələr Osho Qorxu kitabından seçmələr https://take.az/uploads/posts/2021-07/thumbs/1626844745_loading.az_7071d4fe-ad37-4cc7-ad86-da653d1aef77.jpeg
laluna

laluna Hekayələr 21-07-2021, 13:00

Osho Qorxu kitabından seçmələr

Osho Qorxu kitabından seçmələr
Heç müşahidə eləmisən? Problem, sadəcə sən onu düşündüyün zaman var. Yaşlılığı düşünsən, qorxarsan, ancaq, yaşlı insanlar titrəmir. Xəstəliyi düşünsən, qorxarsan – xəstəlik olduğu zaman qorxu yoxdur, problem yoxdur. İnsan onu bir gerçək olaraq qəbul edər. Əsl problem, hər zaman psixolojdir. Fiziki acı, həyatın bir hissəsidir. Onun haqqında düşünməyə başladığın zaman, bu, fiziki acı olmaqdan çıxır, tamamilə psixoloji olur. Ölümü düşünür və qorxursan. Lakin ölüm olduğu zaman, qorxu yoxdur. Qorxu, hər zaman gələcəkdəki bir şeylə bağlıdır. Qorxu, indiki zamanda var olmaz.

İnsanların, özlərini hər hansı bir vəziyyətə uyğunlaşdıra bilmək kimi inanılmaz bir potensialı var.

Sadəcə yer üzünə elə belə bir göz atsan, görəcəksən – insan, minlərlə fərqli iqlimdə, coğrafi, siyasi, sosioloji və dini şərtlərdə yaşayır, lakin, yaşamağı bacarır. Və yüz illərdir də yaşayıb… Bir şeylər dəyişməyə davam edir, o da özünü uyğunlaşdırmağa davam edir.

Nə zaman birisi ölsə, növbəti dəfə ölümlü bir varlıq olduğun, ölümün səni hər an ala biləcəyi xatırladılır.

Qorxunu bir kənara buraxmağın tək bir yolu var, bütün enerjini özəl olmağa xərcləmək yerinə, özün olmağa xərcləmək. Özünü tap, çünki özəl olmağa çalışarkən, getdikcə özündən daha uzağa qaçırsan. Bunun tamamilə fərqində olmağın yaxşıdır; özündən nə qədər uzaqlaşsan, ölümsüz olduğun, ölümün olmadığı gerçəyindən də o qədər uzaqlaşarsan.

Hər an nə edirsənsə, onu tam et. Sadə şeylər- duş qəbul edirsən, duş qəbul et.. dünyanı unut; oturursansa, otur; yeriyirsənsə, yeri.. səndələmə; duşun altında otur və bütün varoluşun üzərindən axdığını hiss et. Üzərindən axan o gözəl su damcılarıyla bütünləş. Kiçik şeylər.. evi təmizləmək, yemək hazırlamaq, paltarları yumaq, səhər gəzintisinə çıxmaq – bunları tam et. O zaman meditasiyaya ehtiyacın qalmaz.
Meditasiya, bir şeyləri tam etməyi öyrənməyin bir yoludur sadəcə – bir dəfə öyrəndinmi, bütün həyatını bir meditasiyaya çevir, digər bütün meditasiyaları unut, qoy həyat yeganə kriteriyan, yeganə meditasiyan olsun. Və zaman itsin.

Lakin, bir insana sahib olmağa çalışdığın zaman, qorxu başlayır. Kim bilir, dünən sənin deyildi, bugün sənindir… Kim bilir, sabah başqa birisinin ola bilər. Qorxu artır. Qorxu, sahib olmaq arzusundan doğur; artıq bir şeydir; sahib olmaq istəyirsən, buna görə də qorxu başlayır. Əgər sahib olmaq istəməsən qorxu da olmaz.

Anını yaşamağa başlasan, qorxu itər. Qorxu, arzu ilə birlikdə doğulur. Buna görə də, təməl olaraq, arzu qorxunu yaradır.

Bir qadına və ya bir kişiyə necə sahib ola bilərsən? Bu necə də absurd, ağılsızca bir fikirdir. Sadəcə əşyalara sahib ola bilərsən, insanlara yox.
Bir insan, bir azadlıqdır. İnsan azadlığından dolayı gözəldir.
Bir qadını sevirsən, çünki o azadlıqdır. Sonra onu qəfəsə salırsan; sonra qanunlara müraciət edir və onunla evlənirsən. Sonra onun ətrafında gözəl, bəlkə də qızıldan bir qəfəs düzəldirsən, almazlarla bəzəyirsən, lakin, o artıq eyni qadın deyil.

Ölməkdən qorxursan? Ölə bilməzsən, çünki əvvəldən sən yoxsan. Necə ölə bilərsən? Mənliyinə bax, dərinliklərinə en. Öləcək kim var ? Dərinlərə baxdığın zaman, orada bir mənlik, bir eqo tapa bilməyəcəksən. O zaman, ölüm ehtimalı da olmayacaq. Sadəcə eqo düşüncəsi ölüm qorxusu yaradır. Eqo olmadığı zaman, ölüm də olmaz. Mütləq bir səssizlik, ölümsüzlük, sonsuzluq olursan – sən olaraq yox; lakin, açıq bir göy üzü olaraq, heç bir “mən”, mənlik düşüncəsi ilə ləkələnmədən, sərhədsiz, tərifsiz.. Onda, qorxu da olmaz.

Əgər sevə bilsək, əgər yaşaya bilsək, sadəcə bugün də kifayət edər.

Bir insan, bilinənə bağlandığı anda ölmüş deməkdir.

İnsan macərapərəst olmalı, bilinməyən üçün bilinəni riskə atmağa hazır olmalıdır. Və insan azadlığın.. qorxusuzluğun həzzini daddısa, əsla peşman olmaz, çünki o zaman, maksimum səviyyədə yaşamağın nə demək olduğunu bilmiş olar.

Müəllimlər bilmir, professorlar bilmir, rahiblər bilmir, amma bilmədən, bilirmiş kimi davranmağa davam edirlər.

Gerçəklik, əsla problem deyildir; problemi yaradan, gerçəkliklə bağlı fikirlərdir. Buna görə də anlamalı olduğun ilk şey odur ki, psixoloji acını aşdığın zaman heç bir problem qalmayacaq. Onda, anını yaşamağa başlaya bilərsən.

Psixoloji acı keçmişdən və gələcəkdən qaynaqlanır, indiki zamandan yox.

Ayağın sınıbsa sınıb. Bu bir “problem” deyil. Yeganə problem, xəyal gücündədir: “Ayağım sınıqdırsa, onda neyniyəcəm? Bundan necə qaçacam və ya sanki ayağım heç qırılmamış kimi necə davranacam?” Əgər bu tip şeylərdən qorxsan, yaşaya bilməzsən. Çünki, ayaqların sına bilər, boynun sına bilər, gözlərin kor ola bilər, hər şey mümkündür. Milyonlarla ehtimal var və əgər sən mümkün olan bütün bu problemləri düşünüb dursan… Onların mümkün olmadığını söyləmirəm, hamısı mükündür. Xərçəng ola bilər, tüberküloz ola bilər, ölüm ola bilər; hər şey mümkündür. İnsan müdafiəsizdir. Çölə, yola çıxa bilərsən və səni maşın vura bilər.

Sadəcə həyatı izlə: Həyat heç bir zaman problem deyil. Biz gerçəyə uyğunlaşmaq üçün inanılmaz bir potensiala sahibik. Özünü gələcəkdən qorumağa çalışdığın zaman, çətinlik yaranır, xaos yaşayırsan. Dağılmağa başlayırsan. O zaman, milyonlarla problem çıxır. .. Problem, problem.

Xəstələnsəm, xəstələnəcəm. Narahat olacaq nə var? Bütün bu təlaşa nə ehtiyac var? Ölsəm, öləcəm.
Bir problemin yerə ehtiyacı var. İndiki zamanda yer yoxdur. Hadisələr sadəcə olur, düşüənəcək zaman yoxdur. Keçmişi düşünə bilərsən, çünki məsafə var; gələcəyi düşünə bilərsən, yenə də məsafə var. Əslində, gələcək və keçmiş narahat olaq deyə bizə yer açmaq üçün yaradılmışdır. Və nə qədər çox yerin olsa, o qədər çox narahatlığın olar.

Problem, bir şey orda olmadığı zaman və sən onun orda olmağını istədiyin zaman və ya bir şey orda olduğu zaman və sən onun orda olmasını istəmədiyin zaman ortaya çıxır.

Bu, insanın yüz illərdir etməyə çalışdığı şeydir; ayırmaq, bir şəkildə dünyanın bütün xoşbəxtliklərinə sahib olmaq, heç acı yaşamamağa çalışmaq. Ancaq, bu mümkün deyil. Nə qədər çox xoşbəxtliyin olsa, o qədər çox acın olar. Zirvə nə qədər yüksəkdirsə, yamacındakı dərə o qədər dərindir. Dərəni istəmir, amma zirvə istəyirsən? O zaman zirvə də olmaz; zirvələr sadəcə dərələrin olduğu yerdə olur. Dərə, bir zirvəni mümkün edən bir şərtdir, sadəcə. Onlar bitişikdir.
Xoşbəxtlik istəyirsən, ancaq acı istəmirsən. Məsələn bir qadını və ya bir kişini sevirsən və o insan səninlə olanda xoşbəxtsən. İndi, nə vaxt yanında olsa xoşbəxt olmaq istəyirsən, lakin getdiyi zaman acını dadmaq istəmirsən. Əgər bir qadın səninlə birlikdəykən həqiqətən xoşbəxtsənsə, getdiyi zaman ayrılığın acısından necə qaça bilərsən ? Onun üçün darıxacaqsan, yoxluğunu hiss edəcəksən. Yoxluğun acını gətirməsi qaçınılmazdır. Əgər həqiqətən heç acı çəkmək istəmirsənsə, onda bütün xoşbəxtliklərdən də uzaq durmalısan. Onda, qadın orda olduğu zaman xoşbəxt olma, həmişə üzgün qal; Həmişə üzgün qal ki, o getdiyi zaman problem olmasın. Biri səni salamlasa və sən xoşbəxt hiss etsən, o zaman biri səni təhqir edəndə də üzgün olacaqsan.

Acı və xoşbəxtlik, gecə və gündüz kimi, doğum və ölüm kimi, sevgi və nifrət kimidir. Daha yaxşı bir dünyada, daha inkişaf etmiş bir dillə, nifrət və sevgi, qəzəb və mərhəmət, gündüz və gecə kimi kəlmələri istifadə etməyəcəyik. İkisini eyni anda daşıyan kəlmələr yardacağıq: “sevgi-nifrət” – tək söz – “gündüz gecə” – tək söz, iki yox – “doğum ölüm” – tək söz, iki yox – “acı xoşbəxtlik” – tək söz, iki yox.

Mənim tövsiyyəm, acı çəkdiyin zaman onun dərinliyinə enməyin, ondan qaçmamağındır. Qoy elə olsun, ona açıq ol; mümkün qədər həssas ol. Qoy, acı və onun oxu, səni deşib özünə qədər çatsın. Acını çək. Və xoşbəxtlik gəldiyi zaman, onun da özünə nüfuz etməsinə icazə ver. Onunla rəqs et.
Acı olduğu zaman, acını yaşa, xoşbəxtlik olduğu zaman xoşbəxt ol. O qədər həssas ol ki, acının və xoşbəxtliyin hər anı , gözəl bir macəra olsun. Bunu edə bilsən, acının da gözəl olduğunu anlayacaqsan. Ən az xoşbəxtlik qədər gözəldir. Mənliyinə kəskinlik qazandırır; fərqindəlik gətirir, hətta bəzən xoşbəxtlikdən də çox. Xoşbəxtlik donuqlaşdırır; buna görə də zövq içində yaşayan insanlar adətən daha dayazdırlar. Onlarda bir dərinlik görə bilməzsən. Acını heç dadmayıblar; sadəcə üzdə, bir xoşbəxtlikdən digərinə keçərək yaşayırlar. Onlar, acının nə olduğunu bilməzlər.
Acı səni oyanıq bir insana çevirir. Başqalarının acılarına qarşı da mərhəmətli, duyarlı olursan. Acı səni böyüdür, çox böyük edir. Ürək, acı ilə böyüyür. Gözəldir, öz gözəlliyi vardır. Və acının dalınca qaç demirəm; amma , acı var olduğu zaman ondan da zövq al. Acı, varoluşun ərmağanıdır və içində gizli bir xəzinə daşıyır. Onun da dadını çıxar; geri çevirmə. Qəbul et, qucaq aç, onunla ol. Əvəllərdə çətin olacaq. Lakin zamanla , onun dadını öyərənəcksən.
Yeni bir şeyə başladığın zaman, dadını öyrənməlisən. Və əlbəttə, acının dadı da acı olacaq, ancaq, bir dəfə öyrəndinsə, sənə zəka və parlaqlıq qazandırır. Üzərindəki bütün tozu, uyuşuqluğu, sərsəmliyi götürür. Acıda, xoşbəxtlikdə olduğundan daha dərin düşüncədə olacaqsan. Xoşbəxtlik, sərsəmləşdirər, səni içinə çəkər; xoşbəxtlikdə, şüurdan uzaqlaşırsan. Xoşbəxtlik, bir növ laqeydlik, unutqanlıqıdr. Acı, xatırlamaqdır; acını unuda bilməzsən.
Acı, çox yaradıcı bir enerjiyə çevrilə bilər; meditasiya ola bilər, fərqindəlik ola bilər.
Acı varkən, bunu meditasiya, fərqindəlik, ruhun kəskinləşdirilməsi olaraq istifadə et. Və xoşbəxtlik varkən, onu da boğulmaq, unutqanlıq olaraq istifadə et.
Hər ikisi də, yuvana çatmağın yollarıdır. Biri, özünü tamamilə xatırlamağın, digəri də özünü tamamilə unutmağın üçündür. Acı və xoşbəxtlik istifadə oluna bilər, lakin onları istifadə etmək üçün çox çox ağıllı olmalısan. Sənə öyrətdiyim, ağılsız insanın yolu deyil; mənim öyrətdiyim, ağıllı insan üçündür, müdriklik yoludur. Var oluş sənə nə verirsə versin, onu özün üçün yaradıcı bir böyüməyə çevirəcək şəkildə istifadə etməyin bir yolunu tap.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
304 345 296 324 313 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.