OSHO – “QORXU” KİTABINDAN SEÇMƏLƏR
Heç müşahidə eləmisən? Problem, sadəcə sən onu düşündüyün zaman var. Yaşlılığı düşünsən, qorxarsan, ancaq, yaşlı insanlar titrəmir. Xəstəliyi düşünsən, qorxarsan – xəstəlik olduğu zaman qorxu yoxdur, problem yoxdur. İnsan onu bir gerçək olaraq qəbul edər. Əsl problem, hər zaman psixolojdir. Fiziki acı, həyatın bir hissəsidir. Onun haqqında düşünməyə başladığın zaman, bu, fiziki acı olmaqdan çıxır, tamamilə psixoloji olur. Ölümü düşünür və qorxursan. Lakin ölüm olduğu zaman, qorxu yoxdur. Qorxu, hər zaman gələcəkdəki bir şeylə bağlıdır. Qorxu, indiki zamanda var olmaz.
İnsanların, özlərini hər hansı bir vəziyyətə uyğunlaşdıra bilmək kimi inanılmaz bir potensialı var.
Sadəcə yer üzünə elə belə bir göz atsan, görəcəksən – insan, minlərlə fərqli iqlimdə, coğrafi, siyasi, sosioloji və dini şərtlərdə yaşayır, lakin, yaşamağı bacarır. Və yüz illərdir də yaşayıb… Bir şeylər dəyişməyə davam edir, o da özünü uyğunlaşdırmağa davam edir.
Nə zaman birisi ölsə, növbəti dəfə ölümlü bir varlıq olduğun, ölümün səni hər an ala biləcəyi xatırladılır.
Qorxunu bir kənara buraxmağın tək bir yolu var, bütün enerjini özəl olmağa xərcləmək yerinə, özün olmağa xərcləmək. Özünü tap, çünki özəl olmağa çalışarkən, getdikcə özündən daha uzağa qaçırsan. Bunun tamamilə fərqində olmağın yaxşıdır; özündən nə qədər uzaqlaşsan, ölümsüz olduğun, ölümün olmadığı gerçəyindən də o qədər uzaqlaşarsan