XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Mətbəx 28-11-2021, 14:14

Duzdan bişmiş kartof

Duzdan bişmiş kartof
Kartof bişirməyin maraqlı üsulu və inanılmaz nəticə.. LoaDinG.Az duzda bişmiş kartofun hazırlanma qaydasını təqdim edir.

Təbrik!

4 ədəd böyük ölçülü kartof
1/4 stəkan bitki yağı
1/4 stəkan duz


Hazırlanma Qaydası.

Kartofları mətbəx süngəriylə yaxşıca yuyun və mətbəx dəsmalıyla qurulayın. Bir qaba bitki yağı və duz tökün. Yuyub quruladığınız kartofu əvvəlcə bitki yağına yaxşıca bulayın. Daha sonra duzun içərisində yuvarlayaraq hər tərəfini duza batırın. Duzlanmış kartofları soba sinisinə yerləşdirin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə yumşalanadək bişirin. Bişməsini yoxlamaq üçün bıçağı kartofa batırın, əgər kartof bıçaqdan tez ayrılırsa deməli hazırdır. Zövqə görə bişən kartofları kəsib içərisinə xama və doğranmış yaşıl soğan əlavə edib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 362 360 431 357 347

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.