n2006

n2006 Mətbəx 10-12-2021, 17:25

5 Dəqiqəyə Dadlı Limonlu Desert

5 Dəqiqəyə Dadlı Limonlu Desert
Desert sevənlər üçün cəmi 5 dəqiqəyə hazır olan bişməyən və dadlı desert. Ətirli və dadlı limonlu desert xüsusi desert stəkanlarında hazırlayıb əzizlərinizi sevindirə bilərsiniz

Tərkibi:

200 qr peçenye
2 ədəd limon
200 ml qatılaşdırılmış süd
200 ml 33%-lik qaymaq
Hazırlanma qaydası:

İlk öncə peçenyeni salafan paketə töküb bağlayın. Oxlovla əzərək xırdalayın. Bir qabda qaymaq və qatılaşdırılmış südü mikserlə yaxşıca çırpın. Daha sonra 2 ədəd limonun suyunu sıxıb kremə əlavə edib çırpmağa davam edin. Desert stəkanına əzilmiş peçenyedən 1-2 qaşıq töküb yayın. Üzərinə 1 qaşıq krem töküb yayın. Yenidən 2-ci qat peçenye və krem yayın. Üzərini limon rəndəsiylə bəzəyib 1 saatlıq soyuducuya yerləşdirin. Daha sonra süfrəyə verib əzizlərinizlə paylaşa bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 494 506 440 463 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.