DeliBirHatun

DeliBirHatun özünü 🙁 darıxan hiss edir. Mətbəx 11-12-2021, 16:30

Evdə kartof çipsi bişirməyin QAYDASI

Evdə kartof çipsi bişirməyin QAYDASI
Özünüz evdə kartof çipsi hazırlaya bilərsiniz? Qaydasını bilmirsinizsə, LoaDinG.Az-ın bu yazısını oxuyun. Sizə evdə dadlı çipsi hazırlamağın asan yolunu təqdim edirik.

Lazım olan ərzaqlar:
2 dənə nazik qabıqlı kartof
Sirkə (yumaq üçün)
Duz
İstiot
Zeytun yağı

Hazırlanma qaydası:
Kartofları yaxşıca yuyun və nazik-nazik dilimləyin. Dərin bir kasanın içinə su doldurun. Suya duz və sirkə tökün, kartofları həmin suyun içində qarışdıraraq yaxalayın. Sonra həmin suyu süzün, kartofları adi suyla durulayın, kağız salfetlə qurudun. Kartof dilimlərinin üstünə duz, istiot və zeytun yağı töküb qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kartofları yan-yana düzün. 175 dərəcədə əvvəldən isidilmiş sobada 15 dəqiqə bişirin. Qabı sobadan çıxarıb kartofları tərs çevirin və hər tərəfi qızarana qədər təkrar bişirin. Artıq kartof çipsiniz servisə hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 384 348 406 391 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.