n2006

n2006 Mətbəx 17-12-2021, 09:14

Yolka Formalı Meyvə Salatı

Yolka Formalı Meyvə Salatı
color=#00FF00]Yeni il böyüklərin və uşaqların gözlədiyi bir bayramdır. Şam ağacı formasında bir meyvə salatı hazırlayıb bayram menyusuna daxil edə bilərsiniz. Bu salat həm süfrənizi bəzəyəcək, həm də uşaqlarınızı sevindirəcək.

Tərkibi:

350 qr banan
200 qar naringi (mandarin)
350 qr kivi
170 qr yoqurt
10 qr təbii bal
10 qr küncüt
Bəzəmək üçün nanə yarpağı
Hazırlanma qaydası:

Bananın qabığını soyub dilimləyin. Bananın bir dilimini kənara ayırın. Naringinin qabığını soyub dilimlərə ayırın. Bir qabda yoqurt və balı qarışdırın. Orta ölçülü boşqaba banan və naringi dilimlərini sırayla üst-üstə düzərək piramida formasını verin.Yoqurt qarışığını piramida forması verdiyiniz meyvələrin hər tərəfinə yaxın. Kivinin qabığını soyub nazik halqalar şəklində dilimləyin. Hazırladığınız yolkanın üstündən kiviləri düzün. Kənara ayırdığınız banan dilimini ulduz formasında kəsin. Küncütə bulayıb diş çöpünə batırın. Yolkanın ən üst hissəsinə ulduzu yerləşdirin.Yolka ağacına küncüt səpib nanə yarpaqlarıyla bəzəyin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 500 450 483 441 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.