aynure

aynure özünü 😍 sevimli hiss edir. Mətbəx 3-02-2022, 12:30

Şərq ləzəti “Çingizxan Salatı”

Şərq ləzəti “Çingizxan Salatı”
Şərq mətbəxinin ən dadlı və sevilən salatlarından biri də “Çingiz xan”salatıdır. LoaDinG.Az xəbər verir ki Dadı və görünüşü ilə qonaqlarınızı sevindirəcək ləzzətli salatın reseptini təqdim edir.

Tərkibi:

2 ədəd çuğundur
1 ədəd yerkökü
50 qr qara gavalı qurusu
75 qr bərk pendir
200 qr toyuq filesi
2 diş sarımsaq
75 qr qoz ləpəsi
mayonez
duz
Hazırlanma qaydası:

İlk öncə yerkökü və çuğunduru bişirib soyudun. Soyuyan tərəvəzlərin qabığını soyub rəndədən keçirin. Sarımsağı və qoz ləpəsini xırdalayın. Qara gavalı qurusunu 20 dəqiqə suda isladın,daha sonra sudan çıxarıb qurulayın və xırda doğrayın. Pendiri də rəndənin iri gözündən keçirin. Toyuq filesini kiçik kub şəklində doğrayın və yağda qızardın. Qızardılmış toyuq filesinin artıq yağı çəkməsi üçün kağız salfetin üzərinə düzün və soyudun. Salatı hazırlayacağınız boşqaba ilk öncə rəndələnmiş çuğundur, toyuq filesi və qoz düzüb mayonez yağın. Daha sonra rəndələnmiş yerkökü, pendir rəndəsi və mayonez. Doğranmış gavalı qurusu, mayonez, rəndələmiş çuğundur və sarımsağı da qat-qat düzün. Zövqə görə duz səpin. Qat-qat düzdüyünüz salatı 1 saatlıq soyuducuya yerləşdirin. Xırda doğranmış şüyüd və bişmiş, rəndələnmiş yumurta ağıyla bəzəyib süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 588 460 526 506 585

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.