n2006

n2006 Mətbəx 9-02-2022, 08:30

Çay Dəmlənənə Qədər Hazır Olan Mürəbbəli Keks

Çay Dəmlənənə Qədər Hazır Olan Mürəbbəli Keks
Rəfdə qışdan qalan mürəbbəniz varsa ondan asan və dadlı keks hazırlayın. LoaDinG.Az çay dəmlənənə qədər hazır olan mürəbbəli keksin reseptini təqdim edir.

Tərkibi:

2 stəkan mürəbbə (ağ gilas, ərik və ya cem)
1 çay qaşığı soda
3 ədəd yumurta
yarım stəkan duru yağ (stəkan ölçüsü 200 ml)
2 stəkan un
Hazırlanma qaydası:

Bir qaba istədiyiniz mürəbbə (ağ gilas, ərik və ya cem) töküb üzərinə soda əlavə edib qarışdırın. Daha sonra üzərinə yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Duru yağ da əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Orta hissəsi boşluq olan qəlibi yağlayın və un səpin. Xəmiri qəlibə töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişib soyuyan keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 452 380 396 386 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.