n2006

n2006 Mətbəx 18-06-2022, 21:41

İkisi Birində- Şokoladlı Keks-Çizkeyk

İkisi Birində- Şokoladlı Keks-Çizkeyk
Keks ya çizkeyk hazırlamaq istəyirsiniz, ancaq seçim edə bilmirsiniz? Zərif kəsmikli şokoladlı keks-çizkeyk bir fincan çay və ya qəhvəyə xoş bir əlavə olacaqdır. LoaDinG.Az asan hazırlanan şokoladlı keks-çizkeykin reseptini təqdim edir.

Tərkibi:

Şokoladlı keks üçün:


240 qr un
120 qr xama
3 ədəd yumurta
90 qr tünd şokolad
150 qr şəkər tozu
90 qr kərə yağı
45 qr kakao
1, 5 çay qaşığı qabartma tozu
Kəsmikli hissə üçün:

160-200 qr kəsmikli pendir
1 ədəd yumurta
30 qr un
60 qr şəkər tozu
Qlazur üçün:

30 qr tünd şokolad
30 qr kərə yağı
Hazırlanma qaydası:

Şokoladlı xəmiri hazırlamaq üçün şokoladı kərə yağıyla əridin. Üzərin şəkər tozu əlavə edib qarışdırın. Alınan qarışığı mikserin qabına tökün. Xamanı və yumurtları bir-bir əlavə edib mikserlə yaxşıca çırpın. Başqa bir qabda un, kakao və qabartma tozunu qarışdırıb kütləyə hissə-hiss əlavə edib qarışdırın.

Kəsmikli hissəni hazırlamaq üçün kəsmikli pendiri şəkər tozuyla mikserlə qarışdırın. Üzərinə yumurta və unu əlavə edib qarışdırın. Diametri 20-22 sm mərkəzi boş olan qəlibə şokoladlı xəmirin yarısını töküb yayın. Üzərindən kəsmikli kütləni də yayın. Qalan şokoladlı xəmiri də üzərindən yayıb əvvəlcdən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır keks-çizkeyki qəlibdən çıxarıb soyudun.

Qlazuru hazırlamaq üçün bir qabda şokolad və kərə yağını su hamamında və ya mikrodalğalı sobada əridib qarışdırın. Soyuyan keksin üzərindən qlazuru tökün.





Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
709 757 681 777 686 694

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.