n2006

n2006 Mətbəx 9-02-2022, 09:00

Unsuz, Sobasız 4 Dəqiqəyə Dadlı Tort

Unsuz, Sobasız 4 Dəqiqəyə Dadlı Tort
4 dəqiqəyə mikrodalğalı sobada unsuz tort hazırlaya bilərsiniz. LoaDinG.Az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

2 ədəd banan
2 ədəd yumurta
35 qr kakao (6 xörək qaşığı )
1 çay qaşığı qabartma tozu
Kremi üçün:

80 qr kəsmik
50 qr xama
20 qr şəkər tozu və ya dadlandırıcı
Hazırlanma qaydası:

İlk öncə iki ədəd bananın qabığını soyub çəngəllə əzin. Üzərinə yumurtaları əlavə edib çəngəllə yaxşıca qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 6 xötək qaşığı kakao və qabartma tozunu əlavə edib topaq qalmayacaq şəkildə qarışdırın. Düzbucaqlı soba qəlibini hərtərəfli yağlayıb xəmiri tökün. Qəlibi 4 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin.
Kremi hazırlamaq üçün blenderlə kəsmik, xama və şəkər tozunu yaxşıca qarışdırın. Mikrodalğalı sobadan götürdüyünüz korju qəlibdən çıxarıb soyudun. Daha sonra 2 bərabər hissəyə bölün. Orta hissəsindən də 2 hissəyə ayırın. 4 ədəd eyni ölçüdə korj alınacaq. Korjları kremləyib üst-üstə düzün. Tortun üzərini meyvə və giləmeyvələrlə bəzəyə bilərsiniz. Bu tortu kremin hopması üçün gözləməyə ehtiyac yoxdur. Dərhal yeməyə başlaya bilərsiniz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 490 513 462 453 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.