n2006

n2006 Mətbəx 10-02-2022, 07:54

"Səhər nə yeyim?" deyənlər üçün çox dadlı bir resept:ƏN ASAN XAÇAPURİ

"Səhər nə yeyim?" deyənlər üçün çox dadlı bir resept:ƏN ASAN XAÇAPURİ
Səhər nə yeyim? deyənlər üçün çox dadlı bir resept: Tavada, 5 dəqiqəyə hazır olan ən sadə xaçapuri! Xəmirlə "oynamağa”, soba yandırmağa heç gərək də yoxdur!

Ərzaqlar:

Yumurta – 1 ədəd
Süd – 1 st.
Un – 1 st.
Bərk pendir – 300 qr.
Soda – 0,5 ç.q.
Sirkə - 1 ç.q.
Duz – bir çimdik

Hazırlanması:

Yumurta sındırılır, çəngəllə çalınır, üzərinə süd tökülür, qarışdırılır, duzlanır. Un, sirkəli soda da əlavə edilir və xəmir yoğrulur. Bərk pendir sürtgəcdən keçirilir. Xəmirə əlavə edilir, qarışdırılır. Xəmir bitki yağı tökülümüş tavada hər iki üzü qızarana kimi bişirilir.
Budur, asan xaçapurimiz hazır, nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 413 383 419 372 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.