n2006

n2006 Mətbəx 20-04-2022, 19:00

Ətdən də Dadlı Pendir Kababı – Manqalda Xaçapuri

Ətdən də Dadlı Pendir Kababı – Manqalda Xaçapuri
Manqalda ətdən daha da dadlı pendir kababı hazırlaya bilərsiniz. Bu kabab demək olar ki xaçapuri kimi bişirilir, yalnız şişə çəkilərək manqalda. LoaDinG.Az manqalda xaçapuri reseptini təqdim edir.

Tərkibi:

400 qr suluquni pendiri
1 paket mayasız qat-qat xəmir
Hazırlanma qaydası:

Pendiri iri çubuqlar formasında kəsin və şişlərə keçirin. Hazır qat-qat xəmirini qalınlığı 0,2 sm, eni 6-6,5 sm və hündürlüyü 47-50 sm olan düzbucaq formasında kəsin. Kəsdiyiniz xəmiri şişə çəkilmiş pendirin ətrafına yumşaq bir şəkildə bükün. Əsas odur ki, xəmiri sıx şəkildə sıxışdırın, əks halda pendir axacaq. İstiliyi tənzimləmək vacibdir! Xəmir çox tez bişir. Buna görə də şişə çəkilmiş xaçapurini manqalda 5-7 dəqiqə qızarana qədər tez-tez çevirərək bişirin. Və yaxud da onları yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
610 651 538 561 561 544

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.