DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Qadın Dünyası 11-02-2022, 01:35

Cins şalvar alarkən diqqətli olun

Cins şalvar alarkən diqqətli olun
Günlük edəcəyimiz ən rahat kombin, cins şalvarla ediləndir. Şüphəsiz,cins şalvarlar qarderobumuzun ən əhəmiyyətli detalıdır. 
Take.Az qadinclubu.com-a istinadən bildirir ki, cins şalvar alarkən diqqət etməli olduğunuz ən əsas məsələ,onun bədəninizə uyğun olması və parçanın keyfiyyətidir.
Sizə yaraşacaq cins şalvarı necə təyin edə bilərsiniz? 

1.Cins şalvar alarkən, onun bədəninizə tam oturmağına diqqət edin. Cins şalvarın üzərinizə tam oturduğunu anlamaq üçün, oturub qalxdığınızda, gəzdiyiniz zaman içində rahat olub-ola bilmədiyinizə baxın. Günün əksəriyyət hissəsində  əynizimdə olan bir şalvar ilə rahat olmaq istəyərik, elə deyil mi?

Cins şalvar almazdan əvvəl, mütləq tikişlərinin düzgün olub-olmadığına nəzarət edin.

Büyük budlara sahibsinizsə, ombalarınıza diqqəti çəkəcək və ombalarınızı olduğundan daha böyük göstərəcək modellərdən uzaq olun. Cibləri bir-birinə yaxın hazırlanmış cins şalvar ombaları daha kiçik göstərir.

Əksinə ombalarınız kiçikdirsə, arxa cibləri daha yuxarıda olan cins şalvar alın.

Cins şalvar alarkən, çalışın həm gecə, həm də gündüz geyinə biləcəyiniz , müxtəlif şəkildə kombinə edə biləcəyiniz bir model alın. Məsələn, tünd rəng cins şalvar hər zaman daha klassik görkəm yaradır.  İpək bir köynək və dikdaban ayaqqabı tünd göy rəngdə bir cins şalvarla olduqca gözəl görünə bilər. Tünd rəng cins şalvarınızı idman üslubunda bir pencəklə də kombinə edib, idman üslubunda geyinə bilərsiniz

Sizə bir sirr verək! Çəkiniz çoxdursa, tünd rəng cins şalvar sizin həm daha arıq, həm də daha uzun görünməyinizi təmin edər.

Ola bilsin ki, qarnınızda artıq ətlər var. O zaman necə bir model sizə yaraşar? Qarınlı qadınların yüksək bel modellər seçməyində fayda var. Uzun skinny geyimlər bel hissəsindən narahat olanlar üçün möcüzəvi bir seçimdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1159 1151 968 1069 1042 953

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.