n2006

n2006 Mətbəx 21-02-2022, 07:00

Çay süfrəsi üçün: “SPARTAK” tortu

Çay süfrəsi üçün: “SPARTAK” tortu
ÇAY SÜFRƏSİ ÜÇÜN: “SPARTAK” TORTU. Ballı, şokoladlı xəmirlər, içi dolu krem – bu, bir möhtəşəm tortdur ki, dadına baxanlar yenə onu istəyəcəklər!

Ərzaqlar:
Krem üçün:
Süd – 500 ml.
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Nişasta – 1 x.q.
Vanilin – 1 paket
Şəkər tozu – 150 qr.
Kərə yağı – 150 qr.

Xəmir üçün:
Yumurta – 1 ədəd
Süd – 2 x.q.
Şəkər tozu – 150 qr.
Soda – 1 ç.q.
Bal – 3 x.q.
Kakao – 2 x.q.
Kərə yağı – 50 qr.
Un – 400 qr.

Hazırlanması:
Əvvəlcə kremi hazırlayaq: Qazançada kərə yağından başqa bütün krem üçün lazım olan ərzaqları qarışdıraq, vam odda qatılaşana kimi bişirək. Oddan götürüb kərə yağını da tökək və qarışdıraq ki, həll olsun. Otaq temperaturunda soyudaq. İndi xəmiri hazırlayaq: Un və kakaodan başqa bütün ərzaqlar qarışdırılır. Vam odda 10-15 dəqiqə bişirilir. Oddan götürüb içinə 2 x.q. kakao tökürük və qarışdırırıq. Sonra unu əlavə edirik, qarışdırırıq. 20-30 dəqiqə bir kənarda saxlayırıq ki, xəmir qatılaşsın.
Sonra xəmiri 5 bərabər hissəyə bölürük. Kündələri düzbucaqlı formasında açırıq – 20x25 sm. Əvvəlcədən isidilmiş sobada hər birini 200 dərəcədə 5 dəqiqə bişiririk.
İndi 4 korjun hər birinin üzərinə bol krem çəkirik. Sonuncu 5-ci korju qoyub, üzərindən bol qlazur gəzdiririk. Gecədən səhərə kimi soyuducuyda saxlayırıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 472 463 469 454 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.