n2006

n2006 Mətbəx 11-06-2022, 17:00

Dadı Və Görünüşüylə Qəlbinizi Fəth Edəcək Şokoladlı “Oreo” Tortu

Dadı Və Görünüşüylə Qəlbinizi Fəth Edəcək Şokoladlı “Oreo” Tortu
Şokoladlı “Oreo”-dünyada məşhur olan əfsanəvi bir amerikan peçenyesidir. Bu dadlı peçenyenin tortu da dadı və görünüşüylə qəlbləri fəth edir. LoaDinG.Az Oreo tortunun reseptini təqdim edir.

Tərkibi:

Biskvit üçün:


170 qr un
50 qr kakao
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
3/4 çay qaşığı duz
2 ədəd yumurta
300 qr şəkər tozu
150 ml süd
70 qr maye yağ
170 ml qaynar su
70 qr Oreo peçenyesi
Krem üçün:

200 qr kəsmikli pendir (otaq temperaturunda )
160 qr çırpılmış qaymaq
2 xörək qaşığı şəkər kirşanı
əridilmiş şokolad
Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə duru yağ və süd əlavə edib qarışdırın. Başqa bir qabda un, kakao, qabartma tozu, soda və duzu qarışdırın. Quru qarışığı duru qarışığa əlavə edib yaxşıca qarışdırın. İsti su da əlavə edib çırpmağa davam edin. Peçenyeləri ayırıb orta hissəsindəki kremini başqa bir qaba qoyun. Peçenyeləri toz halına gətirib biskvit xəmirinə əlavə edib yaxşıca qarışdırın. Biskvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişən biskviti soyuması üçün kənara qoyun.
Kremi hazırlamaq üçün peçenyedən ayırdığınız kremin üzərinə kəsmikli pendiri əlavə edib yaxşıca qarışdırın. Üzərinə çırpılmış qaymaq da əlavə edib ehtiyyatla qarışdırın. Konditer torbasına kremi doldurub yarım saatlıq soyuducuya yerləşdirin. Soyuyan biskvitdən dairəvi dəmir peçenye qabıyla (oreo peçenye qabıyla ) 2 ədəd korj kəsin. Əridilmiş şokoladı oreo peçenyesinin qapağına töküb yüngül bərkidikdən sonra korjun birini şokoladın üzərinə yerləşdirib tamamilə soyuması üçün soyuducuya yerləşdirin.
Tortu hazırlamaq üçün bir qaba biskvitin birini yerləşdirib üzərinə kremi spiral formasında sıxaraq kənarlarına çıxmamaq şərtiylə yaxın. Kremin üzərinə şokolada batırılmış korju yerləşdirib qapağı ehtiyyatla çıxarın. Qiqant “Oreo”hazırdır!

şəkil

şəkil

şəkil

şəkil

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
793 837 759 732 728 789

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.