TOYUQ ÜRƏYİNDƏN KABAB. Hələ belə kabab görməmisiniz!

Toyuğun ürəyi ən az sevilən hissəsidir desək, yanılmarıq. Amma bu reseptdən sonra marketlərdə toyuq ürəyi qalmayacaq!
Ərzaqlar:
Toyuğun ürəyi – 500 qr.
Limon şirəsi – 1 ç.q.
Sarımsaq – 2 diş
Ağ şərab – 1 st.
Portağal şirəsi – 2 x.q.
Soya sousu – 2 x.q.
Bitki yağı – 1 x.q.
Duz – istiot
Hazırlanması:
Ürəkləri yuyursunuz, baş hissələrini kəsirsiniz. Sarımsağı təmizləyirsiniz və xırdalayırsınız. Portağal və limon şirəsi, soya sousu, sarımsaq, qara istiot, duz – qarışdırılır. Ürəklər bu marinada tökülür, qarışdırılır və ağzı bağlı halda soyuducuda 2-3 saat saxlanılır.
Sonra onlar marinaddan çıxarılır, taxta çöplərə (şişlərə) keçirilir, tavada bitki yağında qızardılır. Daha sonra tavaya ağ şərab süzülür, çöplərdən çıxarılmış ürəklər yenidən tavada şərabın içində bir neçə dəqiqə bişirilir. Süfrəyə isti halda ya düyü, ya da tərəvəz yanında vermək olar.