n2006

n2006 Mətbəx 2-03-2022, 14:48

Üzüm yarpağına ətdən başqa nə bükmək olar? Qozlu – düyülü dolma.

Üzüm yarpağına ətdən başqa nə bükmək olar? Qozlu – düyülü dolma.
Üzüm yarpağına ətdən başqa nə bükmək olar? Qozlu – düyülü dolma.

Ərzaqlar:

Nanə - 4-5 sap
Zeytun yağı – 50 ml.
Limon suyu – 1-2 ədəd
Şüyüd – 4-5 sap
Yumru düyü – 1 stəkan
Üzüm yarpağı – 50 ədəd
Qoz ləpəsi – 3 ədəd
Soğan -1 baş
Cəfəri – 1 dəstə
Duz, istiot
Sous üçün:
Un -1 x.q.
3 ədəd limonun şirəsi
Yumurta - 2 ədəd.

Hazırlanması:

Düyü yuyulur, suda 1 saat islağa qoyulub süzülür. Duzlanmış suda qaynadılır. 10 dəqiqə qaynadıb, süzürsüz, qurumağa qoyulur.
Soğan olduqca xırda, düyü dənəsi boyda doğranılır. Qoz əzilir, bura duz, istiot vurulur. Göyərtilər yuyulub, xırdalanır. Düyü, soğan, qoz, göyərti qatılıb, 2 çay qaşığı zeytun yağı əlavə olunur.
Üzüm yarpağının saplağı kəsilir, mərkəzinə içlikdən qoyun, konvert kimi bükün.
Qazanın dibinə bir neçə üzüm yarpağı sərib, dolmaları lay-lay yığın, hər layın arasına zeytun yağı gəzdirin.
Qazana dolmaların üstünü 2-3 sm. örtəcək qədər su töküb, ağzına boşqab çevirib, boşqabın üzərinə ağır nəsə qoyun, sonra qapağı bağlı halda orta odda bişirin. Suyu qaynara düşəndə odu azaldın, zəif odda 45 dəqiqə bişirin. Arada üzərinə limon suyu gəzdirin. Sousu hazırlayaq: unu yarım stəkan suda həll edin. Ayrıca qabda yumurtalar limon suyu ilə birgə çalınır. Un qarışığı bura qatılıb, zəif odda dayanmadan qarışdırmaqla hazırlanır, 3-4 dəqiqə sonra odun üzərindən götürülür. Bu sous süzgəcdən keçirilir. Masaya bişmiş dolmanın yanında verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 424 377 392 398 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.