n2006

n2006 Mətbəx 13-03-2022, 13:00

Sobada tərəvəzli küftə qiyməli yeməklərin içində ən faydalısıdır

Sobada tərəvəzli küftə qiyməli yeməklərin içində ən faydalısıdır
Sobada tərəvəzli küftə qiyməli yeməklərin içində ən faydalısıdır. Günorta yeməyi üçün ideal seçimdir. Çox zaman sərf etmədən həm gözünüzü, həm də Sizi doyuran bir yemək hazırlayacaqsınız.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

İçindəkilər:
2 ədəd badımcan
2 qabaq
4 pomidor
3 soğan
300 qr dana qiyməsi
2 dilim boyat çörək içi
30 qr marqarin
Duz
qara bibər
Hazırlanması:
Badımcan və qabaqların uc qisimlərini kəsib, halqa şəklində doğrayın. Badımcan dilimlərinin acısını almaq üçün duzlu suda 10 dəqiqə gözlədib süzün. Pomidorları halqa şəklində dilimləyin. Soğanları soyub doğrayın.

Çörəkləri suda yumşaldıb ovun. Qiymə, çörək içi, soğan, duz və qara bibəri qaba qoyub yoğurun. Cəviz böyüklüyündə qiymə qarışığını alıb əlinizlə yuvarlayıb yastılaşdıraraq səbzələrlə eyni böyüklükdə küftələr hazırlayın. Sırayla badımcan, qabaq, küftə və pomidor dilimlərini çox az meyilli – üst-üstə gələcək şəkildə istiyə da-yanıqlı keramik fırın qabına sırayla düzün. Üzərinə kiçik kəsilmiş marqarin parçalarını səpin.

Öncədən isidilmiş 170 dərəcəlik sobada 25 dəqiqə bişirib çıxarın. Qızardılmış kartofla servis edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 452 390 392 312 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.