n2006

n2006 Mətbəx 25-08-2022, 12:40

Ləziz Təam: Bol Pomidorlu Sousda Badımcanlı Küftə

Ləziz Təam: Bol Pomidorlu Sousda Badımcanlı Küftə
Xüsusi dəvət süfrələrinə uyğun hazırlanması çox çətin olmayan dadlı badımcanlı küftə yeməyi hazırlaya bilərsiniz. LoaDinG.Az bol pomidorlu sousda sobada badımcanlı küftə yeməyinin reseptini təqdim edir.

Tərkibi:

2 ədəd badımcan
Küftəsi üçün:

300 qr qiymə
1 çay qaşığı bibər tomatı
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı suxari tozu
1 ədəd rəndələnmiş, suyu sıxılmış soğan
1 diş rəndələnmiş sarımsaq
1 ay qaşığı duz
1 çay qaşığı istiot
Pomidorlu sousu üçün:

3 xörək qaşığı zeytun yağı
2 ədəd rəndələnmiş pomidor
1 çay qaşığı istiot
1 çay qaşığı qırmızı bibər tozu
1/2 stəkan isti su
Badımcanı qızartmaq üçün:

2 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:

Badımcanların saplaq hissəsini kəsin. Daha sonra iti bir bıçaqla və ya kartof soğanla nazik şəkildə dilimləyin. Uzun badımcan dilimlərini duzlu suya töküb acı suyu çıxıb suyun rəngi qaralanadək saxlayın.

Küftəni hazırlamaq üçün bir qabda qiymə, bibər tomatı, zeytun yağı, soğan, suxari tozu, sarımsaq, duz və istiotu töküb qarışdırın. Kiçik küftələr hazırlayın. Badımcanları sudan çıxarıb kağız salfetlə qurulayın. Tavaya zeytun yağı töküb badımcanları iki tərəfli yüngül qızardın. Bişirdiyiniz badımcanları bir boşqaba qoyun. Hər birinin içərisinə kiçik küftələri qoyub bükün və diş çöpü batıraraq bərkidin. Bütün badımcan dilimlərinə küftələri qoyub bükün və soba sinisinin içərisinə düzün. Bu prosesi badımcan və küftələr qurtaranadək edin.

Pomidorlu sousu hazırlamaq üçün bir qabda rəndələnmiş pomidor, zeytun yağı, istiot, bibər tozu və isti suyu töküb qarışdırın. Pomidorlu sousu badımcanların üzərinə gəzdirin. Soba sinisinin üzərini yağlı kağızla örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Sobadan çıxartdıqdan sonra çöpləri çıxarıb boşqaba düzüb süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
571 583 589 595 556 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.