n2006

n2006 Mətbəx 19-05-2022, 12:30

Xırtıldayan Badımcanlı, Qiyməli Yemək

Xırtıldayan Badımcanlı, Qiyməli Yemək
Qiymə, badımcan və soğanın mükəmməl harmoniyası ilə hazırlanan xırtıldayan badımcan yeməyi hazırlaya bilərsiniz. LoaDinG.Az xırtıldayan badımcan yeməyinin reseptini təqdim edir.

Xırtıldayan Badımcanlı, Qiyməli Yeməyin tərkibi:
5 ədəd badımcan
1 çay qaşığı duz
1 stəkan qarğıdalı unu
300 qr qiymə
2 ədəd soğan
2 ədəd bibər
2 ədəd pomidor
3 xöərk qaşığı kərə yağı
2 ədəd təzə soğan
3 diş sarımsaq
1 çay qaşığı pul bibər
1 stəkan ət suyu və ya su
yarım çay qaşığı istiot
yarım dəstə cəfəri
Xırtıldayan Badımcanlı, Qiyməli Yeməyin hazırlanma qaydası:
İlk öncə badımcanların qabığını soyun. Bütöv halda soyduğunuz badımcanı dörd hissəyə bölün. Qazana su töküb qaynadın. Badımcanları qaynayan suya töküb bişirin. Daha sonra süzüb duzlayın. Bişmiş badımcanları qarğıdalı ununa batırın və bol yağda qızardın. Soğanları xırda doğrayın. Başqa bir tavaya kərə yağını töküb qiyməni qovurun. Qovrulmuş ət qəhvəyi rəng aldıqda üzərinə soğan, xırda doğranmış sarımsaq, yaşıl bibər əlavə edib soğanlar çəhrayı rəng alana qədər qovurun. Daha sonra doğranmış pomidoru, təzə soğanı, bibər tozu, ət suyu və ya su, istiot əlavə edib bişirin. Badımcanların üzərinə qiyməli sousu töküb cəfəri ilə bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
609 611 609 580 549 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.