aynure

aynure özünü 😍 sevimli hiss edir. Mətbəx 16-03-2022, 14:06

Zümrüd yağışı

Zümrüd yağışı
Bayram və ad günü süfrələrini bəzəyəcək salatlardan biri də “Zümrüd yağışı” salatıdır. Bu salat dadlı olmaqla yanaşı üzərindəki kivi dilimləri zümrüdlərə bənzəyir. LoaDinG.Az dadlı və asan hazırlanan Zümrüd yağışı salatının reseptini təqdim edir.

Tərkibi:

400 qr toyuq filesi
1 ədəd soğan
100 qr pendir
2 ədəd pomidor
4 ədəd yumurta
3 ədəd kivi
300 qr mayonez
duz,istiot zövqə görə
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini az duzlu suda bişirin. Bişən fileni soyudun və xırda doğrayın. Yumurtanı da suda bişirib, qabığını soyub soyudun və rəndələyin. Soğanı da xırda doğrayın. Pendiri rəndənin iri gözündən keçirin. Pomidorları kiçik kub formasında doğrayın. Kivinin qabığını soyub doğrayın. Salatı düzəcəyiniz boşqaba ilk öncə toyuq filesi, soğanın bir hissəsini düzüb, duz, istiot səpib mayonez yaxın. Daha sonra rəndələnmiş pendir, xırda doğranmış pomidor, soğan düzün və mayonez yaxın. Rəndələnmiş yumurtanı da düzüb mayonez yaxın. Üzərinə doğranmış kivini düzün. Salat hazırdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 441 435 423 397 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.