aynure

aynure Mətbəx 21-03-2022, 20:00

İtalyan Omleti -Frittata

İtalyan Omleti -Frittata
Yeni günə frittata ilə başlamaq gözəl İtalyan ənənəsidir. Yalnız səhər yeməyi üçün deyil, digər vaxtlarda da süfrəyə isti və ya soyuq halda verilə bilər. Bu yeməyin hiyləsi ondan ibarətdir ki, inqrediyentlərin dəyişdirilməsi yeməyin dadını tamamilə dəyişir. LoaDinG.Az dadlı frittatanın reseptini təqdim edir.

Tərkibi:


50 qr soğan
100 qr pomidor
3 ədəd yumurta
2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı dənəsi
100 qr brokoli
100 qr pendir
zövqə görə duz, istiot
Hazırlanma qaydası:

İlk öncə soğanı və pomidoru xırda doğrayın. Brokolini çiçəklərə ayırın. Pendiri sürtgəcdən keçirin. Başqa bir qabda yumurtanın üzərinə duz və istiot töküb yaxşıca çırpın. Sobaya yerləşdirəcəyiniz qəlibə ilk qat doğranmış soğan töküb yayın. Üzərinə pomidor, brokoli və qarğıdalı dənələrini səpin. Tərəvəzlərin üzərinə çırpdığınız yumurtanı töküb yayın. Ən sonda sürtgəcdən keçirilmiş pendir səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 565 499 485 532 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.