n2006

n2006 Şeirlər 24-03-2022, 22:00

Unuda bilmirəm

Unuda bilmirəm
Unutmağa razıyam,
Ancaq bilmirəm necə
Öz-özümü unutdum
Unutmaq istədikcə.
Qaranlıq gecələrdə ancaq səni axtaran,
Yuxusuz gözlərimə “unut"deyə bilmirəm
Ancaq səninlə dolu bütün röyalarımdan
Arzu xəyallarımdan silib ata bilmirəm
Mən unuda bilmirəm.
Həsrətinlə sükutda sanki fəryad qoparır,
Qəlbimdəki sızıltı, inildəyir ağlayır
Ancaq səni istəyir,ancaq səni çağırır.
Unut deyə bilmirəm,mən unuda bilmirəm
Təsəllilər bəxş edən ən xoş kəlmələr belə,
İnsanı əyləndirən ən şən nəğmələr belə
Danki qəlbə dəyirlər..
Gözlərim bəhanəylə ağlamaq istəyirlər,
Göz yaşımdan mən səni silib ata bilmirəm,
Mən unuda bilmirəm.
Sənlə dolu şeirlər,sənlə dolu nəğmələr
Elə bil kaman kimi qəlbimi inlədirlər
Mən susdura bilmirəm.
Səni görən zamanlar qəlimdə döyüntülər
Sanki böyük sevginin akkordların çalırlar
Dayan deyə bilmirəm,mən unuda bilmirəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 558 522 517 523 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.