aynure

aynure Mətbəx 25-03-2022, 12:30

Zərif “Xrizantema” Peçenyesi

Zərif “Xrizantema” Peçenyesi
Çayın yanına gül formasında peçenye hazırlaya bilərsiniz. LoaDinG.Az zərif “Xrizantema” peçenyesinin reseptini təqdim edir.

Tərkibi:
2 ədəd yumurta
100 qr kərə yağı
80 qr şəkər kirşanı
1 paket vanil
320-350 qr un
1 çay qaşığı qabartma tozu
Hazırlanma qaydası:
İlk öncə otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə yumurta, şəkər kirşanı, vanil, qabartma tozu töküb qarışdırın. Unu da hissə-hissə əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb 15 dəqiqə kənarda saxlayın. Daha sonra xəmiri kiçik qoz boyda kündələr edin. Bir kündəni dəzgahın üzərində əlinizlə uzunsov yayın. Uzunsov yaydığınız xəmiri oxlovla hamarlaşdırın. Xəmirin bir hissəsindən tutub digər hissəsinə üzərinə örtün. Daha sonra bıçaqla kəsiklər atın. Yuvarlayaraq xrizantema gülü forması verin. Bu qaydayla qalan kündələri də büküb hazırlayın. Gül formasında olan xəmirləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzərin qızarana qədər bişirin. Bu reseptlə 12-13 ədəd gül peçenyeləri hazırlamaq olur.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 397 394 375 337 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.