aynure

aynure Sağlamlıq 9-04-2022, 18:30

Miopiya xəstəliyi nədir?

Miopiya xəstəliyi nədir?
Miopiya, uzağı yaxşı görə bilməmək problemidir. Ən yayğın görmə qüsurlarından biridir. Bu problemi olan insanlar uzaqdakı əşyaları görməkdə əziyyət çəkərkən yaxındakıları çox yaxşı görə bilir. Genetik səbəbdən olduğu kimi ətraf faktorlar səbəbindən də qaynaqlana bilər. Adətən yeniyetməlik dövründə başlayar və zaman içində getdikcə pisləşər. Miopiya pratik şəkildə müalicə oluna bilən görmə qüsuru olub, lazer göz əməliyyatı vasitəsilə də müalicəsi mümkündür.

Diaqnozu qoyulmamış miopiya xəstələri, uzaq məsafədəki əşyaları gömək üçün mübarizə etdikləri üçün baş ağrısı və göz yorğunluğu yaşayırlar.

Miopiya ikiyə ayrılır:

Yüngül miopiya – Adətən yeniyetməlik zamanı meydana çıxar.

Pataloji miopiya – Əgər sizə bu diaqnoz qoyulursa miopiya dərəcəniz çox yüksək deməkdir. Bu miopiya növü gözün həddindən çox uzamasına, optik sinirdə dəyişikliklərə səbəb olur.

Miopiya əlamətləri ilk olaraq uşaqlıqda ortaya çıxır və yeniyetməlik dövründə pisləşir.

Miopiyanın dərəcələri də mövcuddur.

Aşağı dərəcəli miopiya: -4, -3, -2,-1, 0 və 0,75 kimi dəyərlərə sahib olan gözlər

Orta dərəcəli: -4 və -6 arasıdır. Belə şəxslərdə göz təzyiqinin görülmə riski yüksəkdir.

Yüksək dərəcəli: -6 və üstü dərəcələr. Bu, katarakta, qlaukoma riskini artırır.

Bəs miopiyanın əlamətləri nədir?

Uzağı bulanıq görmək

Baş ağrıları

Göz yorğunluğu səbəbiylə cüt görmə

Çəp baxmaq

Bir uşağın bu problemdən əziyyət çəkə biləcəyini necə anlamaq olar?

Məktəbdə yazı taxtasını görməkdə əziyyət çəkməsi

Tv-ə yaxın oturmaq

Baş ağrısı və ya yorğun gözlərdən şikayət

Mütəmadi olaraq gözləri ovalamaq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 558 426 487 423 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.