n2006

n2006 Mətbəx 11-04-2022, 15:30

Əfsanəvi “Çinar” Şokoladının Ev Şəraitində Hazırlanma Qaydası

Əfsanəvi “Çinar” Şokoladının Ev Şəraitində Hazırlanma Qaydası
Bir vaxtlar Azərbaycan brendi olan, dadı damaqda qalan “Çinar”şokoladını ev şəraitində hazırlaya bilərsiniz. LoaDinG.Az dadlı şokoladın reseptini təqdim edir.

Tərkibi:
300 qr peçenye (sport)
250 qr qoz-fındıq ləpəsi (qovrulmuş)
100 qr əridilmiş kərə yağı
350 qr qatılaşdırılmış süd
200 qr şokolad
Hazırlanma qaydası:
İlk öncə peçenyeni blenderlə xırdalayın.Qovrulmuş qoz-fındıq ləpəsini də blenderlə xırdalayın. Bir qabda xırdalanmış peçenye və qoz ləpəsini qarışdırın. Üzərinə əridilmiş kərə yağını və qatılaşdırılmış südü töküb qarışdırın. Hazırladığınız qarışığı yağlı kağız sərilmiş kvadrat qəlibə yayıb hamarlaşdırın. Üzərinə yağlı kağız örtüb 1-2 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra kiçik kub formasında dilimləyin. Hər dilimi əridilmiş şokolada hər tərəfli batırıb yağlı kağız üzərinə düzün. Şokoladın bərkiməsi üçün konfetləri soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb üzərinə zövqə görə xırdalanmış ləpəylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
614 601 495 538 561 510

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.