Azer2

Azer2 İdman 15-04-2022, 20:30

Maradonanın ölümü ilə bağlı araşdırma yekunlaşdı – Həkimləri ağır cəza gözləyir

Maradonanın ölümü ilə bağlı araşdırma yekunlaşdı – Həkimləri ağır cəza gözləyir
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı araşdırma yekunlaşıb.

“La Gazzetta dello Sport” xəbər verir ki, prokurorluq səkkiz nəfərə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb. Mənbənin məlumatına görə, Maradonanın həkimi, onunla işləyən psixiatr və daha altı nəfər tibb işçisi məhkəmə qarşısına çıxarılacaq. İttiham təsdiqini taparsa, onları 5 ildən 25 ilə qədər həbs cəzası gözləyir. Prokurorluq hesab edir ki, həkimlərin öz işinə səhlənkar və ehtiyatsız yanaşması futbolçunun ölümü ilə nəticələnib. Onların fikrincə, doğru tibbi müdaxilə ilə Maradonanı həyatda saxlamaq olardı. Hələlik məhkəmənin vaxti müəyyəbləşməyib.

Xatırladaq ki, Maradona 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 390 356 339 354 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.