Azer2

Azer2 Maraqlı 11-05-2022, 11:24

“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyən olub

“Eurovision 2022”də finala yüksələn 10 ölkə müəyyən olub
taliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçirilən 66-cı "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

Turin şəhərinin ev sahibliyi ilə keçirilən "Eurovision 2022"nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər.

Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə final mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.

"Eurovision 2022"nin ikinci yarımfinalı mayın 12-də keçiriləcək və Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə çıxış edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 544 502 566 484 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.