_sabina_

_sabina_ Mətbəx 16-06-2017, 18:33

Meyvəli-qaymaqlı tort

Meyvəli-qaymaqlı tort


Tərkibi:

5 ədəd yumurta

1 st şəkər tozu

1 st ələnmiş un

1 paket qabartma tozu

1 paçka vanilin

1/4 st. duru yağ

Krem üçün: 

Qaymaq 33% li - 500 q.

1 st. şəkər tozu

1 paçka vanilin

Üzəri üçün:

500 - 600 q mövsümü meyvələr

1 paket jele

200 q peçenye

100 q doğranmış badam
Hazırlanması:
İlk olaraq biskivit hazırlanır. Bunun üçün yumurta şəkər tozu ilə çalınır.

Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır.

Duru yağı əlavə edib yenidən qarışdırılır. 
Qabı yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. Və 180 dərəcə isidilmiş sobada 50 dəqiqə ərzində bişiririk.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.Sonra biskiviti bıçaq vasitəsi ilə üç hissəyə bölürük.
Bu ərəfədə kremi hazırlayırıq.

Kremi hazırlamaq üçün, qaymaq mikserlə yaxşı-yaxşı çalınır.

Üzərinə şəkər tozu və vanilin əlavə olunur.
Qaymaqlı kremi biskivitin aralarına çəkirik. İstəyə görə aralarına meyvə dilimləri də düzə bilərsiz.
Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini edin.
İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Və kremlənmiş hissəni kokosla və ya doğranmış badamla bəzəyirik.

Yada ki, peçenyeləri blenderdə yaxşı-yaxşı əzirik, və pecenye ovuntusunu səpirik.

Sonra 1 paket jeleni götürüb üzərindəki təlimata görə hazırlayırıq. Lakin 100 q suyu azaltmaq şərti ilə.

Jelemiz soyuduqdan sonra, soyuducudan tortumuzu çıxarıb, üzərinə jeleni əlavə edib 4-5 saat ərzində yenə soyuducuda saxlayırıq.

Və meyvəli tortumuz hazırdır!
Nuş olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
986 995 902 839 869 884

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.