n2006

n2006 Mətbəx 7-06-2022, 16:30

Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paşteti

Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paşteti
Göbələk paşteti sizin xilaskarınıza çevriləcək, çünki o, çörəyin üzərinə yaxıla və ya pirojkilər, sendviçlər üçün içlik kimi istifadə edilə bilər. Bu çox dadlı, zərif, ucuz və asan hazırlanan qəlyanaltıdır. LoaDinG.Az ləziz göbələk paştetinin reseptini təqdim edir.

Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paştetinin tərkibi:
300 qr göbələk
1 ədəd yerkökü
1 ədəd soğan
180 qr 5-9 % yağlılığı kəsmik
1 çay qaşığı duz
duru yağ
Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paştetinin hazırlanma qaydası:
İlk öncə göbələkləri doğrayın. Tavaya duru yağ töküb doğranmış göbələkləri 5 dəqiqə qovurun. Yarım halqa doğranmış soğanları da əlavə edib qovurmağa davam edin. 7 dəqiqə sonra sürtgəcdən keçrilmiş yerkökünü də əlavə edib qarışdırın. Yüngül qovrulan ərzaqları ocaqdan götürüb blenderin qabına tökün. Üzərinə zövqə görə duz, istiot və kəsmik əlavə edib yaxşıca qarışdırın. Krem halına gələn paşteti süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 347 337 437 353 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.