n2006

n2006 Mətbəx 16-06-2022, 19:30

Brokoli, Toyuq Və Göbələkli Zapekanka

Brokoli, Toyuq Və Göbələkli Zapekanka
Sobada brokoli, göbələk və toyuq filesindən dadlı və dietik yemək hazırlaya bilərsiniz. LoaDinG.Az azkalorili yeməyin reseptini təqdim edir.

Tərkibi:

300 qr brokoli
200 qr toyuq filesi
300 qr şampinyon göbələyi
100 qr bərk pendir
1 ədəd soğan
350 ml süd
2 xörək qaşığı un
duz, istiot zövqə görə
qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini nazik doğrayın və bitki yağında qızılı rəng olana qədər qızardın. Brokolini buxarda bişirin. Soğan və göbələyi istədiyiniz formada doğrayın. Çuğun və ya sobaya yerləşdirə biləcəyiniz tavada soğan və göbələyi qovurun. Üzərinə 2 xörək qaşığı un töküb yaxşıca qarışdırın. İsti südü az-az töküb dayanmadan qarışdırın. Qatılaşana qədər qarışdıraraq bişirib ocaqdan götürün. Daha sonra qızardılmış toyuq filesini və buxarda bişirdiyini brokolini əlavə edib,duz, istiot səpin. Pendiri sürtgəcin iri gözündən keçirib yeməyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə pendir əriyənə qədər bişirin. Dadlı zapekankanı isti halda süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
491 449 388 431 453 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.