Pəhrizdə Olanlar üçün Azkalorili “Paytaxt” Salatı
“Paytaxt” salatı uşaqlıq illərimizin və bayram süfrələrinin əvəzolunmaz salatıdır. Ancaq 21-ci əsrdə sağlam menyu tərtib edib pəhriz saxlayanlar bu ləziz daddan məhrum qalırlar. Bu reseptlə hazırlanan salat klassik reseptə görə daha az kalori ehtiva edir. Ənənəvi salata əla alternativ olan salatın 100 qramı 82 kaloridir. LoaDinG.Az pəhrizdə olanlar üçün azkalorili salatın reseptini təqdim edir.
Pəhrizdə Olanlar Üçün Azkalorili “Paytaxt” Salatı
200 qr toyuq filesi
1 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd təzə xiyar
1 ədəd turşu xiyar
3 ədəd yumurta
100 qr konservləşdirilmiş yaşıl noxud
60 qr yumşaq kəsmik
10 qr xardal
10 qr limon suyu
Pəhrizdə Olanlar Üçün Azkalorili “Paytaxt” Salatının hazırlanma qaydası:
Toyuq filesini suda bişirin. Başqa bir qazanda yumurta, kartof və yerkökünü bişənə qədər qaynadın. İki yumurtanın sarısını kənara ayırın. Bişmiş kartof, yerkökü və yumurtanı kiçik kub formasında doğrayın. Toyuq filesini də doğrayın. Sousunu hazırlamaq üçün başqa bir qabda kənara ayırdığınız yumurta sarısını əzin. Üzərinə yumşaq kəsmiyi, xardal və limon suyunu əlavə edib yaxşıca qarışdırın. Salatı hazırlayacağınız dərin bir qaba doğranmış toyuq filesi, kartof, yerkökü, yumurta, təzə xiyar, turşu xiyar, konservləşdirilmiş yaşıl noxud və hazırladığınız sousu töküb qarışdırın. Zövqə görə duz əlavə edib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!