İnanılmaz Dərəcə Gözəl Və Ləzzətli Matça Çayı İlə Blinçik Tortu
Matcha çayı ilə inanılmaz dərəcədə gözəl və ləzzətli Yapon blinçik tortu. LoaDinG.Az ailənizin ən sevimli desertinə çevriləcək matça çayı və kəsmikli krem ilə hazırlanan blinçik tortunun reseptini təqdim edir.
Tərkibi:
240 qr un
650 ml süd
90 qr şəkər tozu
50 qr kərə yağı
4 ədəd yumurta
10 qr Yapon matça çayı
Krem üçün:
600 ml 35% qaymaq
100 qr şəkər tozu
4 qr vanil
Hazırlanma qaydası:
Blinçiki hazırlamaq üçün bir qabda ələnmiş unun üzərinə Matça çayı və şəkər tozu töküb qarışdırın. Başqa bir qabda yumurtanı tel çırpıcıyla yüngül çırpın. Üzərinə süd və quru qarışığı da töküb yaxşıca qarışdırın. Qabın üzərinə streç salafan keçirib yarım saatlıq kənara qoyun. 28 sm ölçülü tavanı zəif ocağa qoyub bitki yağıyla yağlayın. Xəmirdən qaşıqla töküb iki tərəfli bişirin. Bu reseptlə 15 blinçik çıxır.
Kremi hazırlamaq üçün bir qabda soyuq qaymaq, vanil və şəkər tozunu töküb mikserlə yaxşıca çırpın. Qabın üzərinə streç salafan keçirib soyuducuya yerləşdirin. Blinçiklərin eyni ölçüdə olması üçün boşqab qoyaraq kənarlarını kəsərək səliqəyə salın.
Tortu hazırlamaq üçün birinci blinçiki boşqaba qoyub kremləyin. Bu qaydayla bütün blinçikləri kremləyərək üst-üstə düzün. Hazır tortu 2-4 saatlıq soyuducuya yerləşdirin. Daha sonra tortu soyuducudan götürüb üzərinə matça çayını ələyərək bəzəyə bilərsiniz.

Nuş olsun!