n2006

n2006 Mətbəx 17-06-2022, 09:45

Mədə Üçün Faydalı Ağ Tut Mürəbbəsi

Mədə Üçün Faydalı Ağ Tut Mürəbbəsi
Tut yay aylarının ən sevilən və faydalı meyvələrindən biridir. Bu faydalı tutdan səhər yeməyi süfrənizə ləzzət qatacaq mürəbbə hazırlayın. Ağ tut mürəbbəsi ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. LoaDinG.Az ağ tut mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

2 kq tut
1,800 kq şəkər tozu
2 stəkan su
1 çay qaşığının yarısı limon duzu
Hazırlanma qaydası:

Tutları ilk öncə yuyub suyunu süzün. Şərbəti hazırlamaq üçün bir qabda şəkər tozu və suyu töküb qarışdırıb qaynadın. Yuyulub suyu süzülən tutları hazırladığınız şərbətin içərisinə əlavə edib 3-4 dəqiqə qaynadın. Daha sonra ocaqdan götürüb soyuması üçün kənara qoyun. Tam soyuduqdan sonra mürəbbəyə limon duzu əlavə edib yenə qaynadın. Hazır mürəbbəni ocaqdan götürüb bankalara doldurun.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 394 358 339 388 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.