n2006

n2006 Mətbəx 17-06-2022, 10:30

Yeməklərin Yanına Turşaşirin Ağ Gilas Turşusu

Yeməklərin Yanına Turşaşirin Ağ Gilas Turşusu
Qışda yeməklərin yanına süfrəyə verəcəyiniz turşaşirin ağ gilas turşusu hazırlayın. LoaDinG.Az ağ gilas turşusunun reseptini təqdim edir.

Tərkibi:

800 qramlıq banka üçün:

2 kq ağ gilas
qaynar su
1 xörək qaşığı giləmərzə və ya nanə qurusu (və ya reyhan qurusu)
1 xörək qaşığı üzüm sirkəsi
1 xörək qaşığı duz
2 xörək qaşığı şəkər tozu
Hazırlanma qaydası:

İlk öncə ağ gilasın saplaqlarını təmizləyib yuyun (ağ gilas bərk olmalıdır). Yuyulub süzülən ağ gilasları bankalara dolana qədər doldurun. Doldurduğunuz gilasların üzərinə banka dolana qədər qaynar su töküb qapağını yüngül örtün. 5 dəqiqə sonra o suları bir qazana tökün. Bankalara 1 xörək qaşığı giləmərzə (nanə qurusu və ya reyhan qurusu) tökün. Qazana tökdüyünüz suya hər banka üçün 2 xörək qaşığı şəkər tozu, 1 dolu olmayan xörək duzu və sirkə töküb ocağa qaynamağa qoyun. Qaynayan suyu bankalara töküb doldurun. Daha sonra qapağını möhkəm bağlayın. Bu qaydayla suları dolurub bankaları bağlayın. Bankaları 1 gecə yan üstə arabir çevirərək saxlayın. Turşaşirin turşu hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
567 518 540 533 435 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.