n2006

n2006 Mətbəx 17-06-2022, 15:30

Pəhriz Qəlyanaltısı-Yerkökülü Oladi

Pəhriz Qəlyanaltısı-Yerkökülü Oladi
Yerkökülü oladi-doyurucu bir səhər yeməyi və ya faydalı qəlyanaltı olaraq süfrənizi bəzəyəcək. Bu pəhriz oladisi ilə vegetarian menyusunu müxtəlifləşdirə bilərsiniz. LoaDinG.Az yerkökülü oladinin reseptini təqdim edir.

Tərkibi:

4 xörək qaşığı xama
2 xörək qaşığı doğranmış keşniş
0,5 çay qaşığı qabartma tozu
4-5 xörək qaşığı un
1 çay qaşığı üyüdülmüş cirə və ya keşniş toxumu
duz, istiot zövqə görə
150 qr yerkökü
50 qr pendir
qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:

İlk öncə bir qabda un, duz və qabartma tozunu qarışdırın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. Pendiri də sürtgəcdən keçirin. Başqa bir qabda xamanın üzərinə doğranmış keşniş və ədviyyatları əlavə edib qarışdırın. Bir qabda quru qarışığı, sürtgəcdən keçirilmiş pendir və yerkökünü, ədviyyatlı xamanı töküb yaxşıca qarışdırın. Hazır kütlədən oladilər hazırlayıb qızdırılmış yağda iki tərəfli bişirin. Bu qaydayla xəmir bitənə qədər oladiləri bişirin. Yerkökülü oladiləri süfrəyə kahı salatıyla və xamayla birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 507 446 482 455 438

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.