n2006

n2006 Mətbəx 18-06-2022, 07:00

Şokoladlı Manna Yarması Sıyığı

Şokoladlı Manna Yarması Sıyığı
Manna yarması vitamin və minerallarla zəngindir. Manna yarmasından hazırlanan sıyıq uşaqlıqdan bəri hər kəsin sevərək yediyi, xüsusilə səhər yeməyi süfrəsində yer alan dadlı bir sıyıqdır. Menyunuzu müxtəlifləşdirmək üçün şokoladlı manna yarması sıyığını bişirməyi tövsiyyə edirik. LoaDinG.Az dadı ilə sizi xoş təəccübləndirəcək şokoladlı manna yarması sıyığının reseptini təqdim edir.

Tərkibi:

2 stəkan süd
3 xörək qaşığı manna yarması
1 xörək qaşığı şəkər tozu
2 çay qaşığı kakao
2 çay qaşığı kərə yağı
Hazırlanma qaydası:

İlk öncə südü qaynadın. Qaynayan südə şəkər tozu əlavə edib qarışdırın. Südü qarışdıra-qarışdıra manna yarmasını az-az əlavə edin. Davamlı qarışdıraraq təxminən 5 dəqiqə bişirin. Üzərinə kakaonu da ələyib əlavə edin və qarışdıraraq 1 dəqiqə bişirin. Bişən sıyığı boşqablara bölüşdürüb üzərinə kərə yağı qoyun. Zövqə görə sıyığın üzərinə dilimlənmiş banan və ya giləmeyvə düzüb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 519 445 442 458 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.