n2006

n2006 Mətbəx 21-06-2022, 18:43

Ev Şəraitində Ketçup

Ev Şəraitində Ketçup
Dadlı ketçupu artıq evdə özünüz hazırlamaq istəyirsiniz? Həm də sərfəli qiymətə və bahalı ketçupların dadında? Mağazadan aldığınız 1 ketçup qiymətinə evdə 3-4 banka bişirib saxlaya bilərsiniz. LoaDinG.Az ev şəraitində ketçupun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

3 kq pomidor
0,5 kq turş alma
0, 25 kq soğan
1,5 stəkan şəkər tozu
1,5 xörək qaşığı duz
50 qr alma sirkəsi
2 çimdik istiot
Hazırlanma qaydası:

İlk öncə pomidor, alma və soğanın qabıqlarını soyub doğrayın. Almaların qabığını soymasanız da, olar. Soğan doğrayıb yumşalanadək bişirin. Daha sonra blenderlə əzib 50 dəqiqə ərzində yenidən bişirin. Tam bişənə yaxın şəkər tozu, duz, istiot və sirkə əlavə edib qarışdırın. Ocaqdan götürüb, sterilizə olunmuş bankalara tökün. Dadlı ev ketçupunuz hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 481 403 425 355 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.