n2006

n2006 Mətbəx 22-06-2022, 10:30

Mayasız Universal Qat-Qat Xəmir

Mayasız Universal Qat-Qat Xəmir
Maya əlavə etmədən universal qat-qat xəmir hazırlayaraq bir çox şirniyyat və pirojki hazırlaya bilərsiniz. LoaDinG.Az mayasız universal qat-qat xəmirinin reseptini təqdim edir.

Mayasız Universal Qat-Qat Xəmirin tərkibi:
1 ədəd yumurta
yarım çay qaşığı soda
80 ml buzlu su
1 çay qaşığı limon suyu
300 qr un
180 qr kərə yağı
Mayasız Universal Qat-Qat Xəmirin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda yumurtanın üzərinə yarım çay qaşığı duz töküb tel çırpıcıyla yaxşıca çırpın.Üzərinə buzlu soyuq su və bir çay qaşığı limon suyu əlavə edib qarışdırmağa davam edin. Unu başqa bir qaba ələyin. Soyuq kərə yağını una batıraraq sürtgəcdən keçirin. Unla yağı yaxşıca qarışdırıb üzərinə yumurtalı kütləni əlavə edin.Yaxşıca qarışdırıb ələ yapışmayan xəmir yoğurun. Xəmiri salafan paketə qoyub yarım saatlıq dondurucuya və ya 2 saatlıq soyuducunn aşağı rəfinə yerləşdirin. Vaxt keçdikdən sonra xəmiri soyuducudan çıxarıb üzərinə unlanmış dəzgahda zövqünüzə uyğun içliklə doldurub bişirə bilərsiniz. Bu xəmirdən içliklə doldurulmuş peçenye, pizza və ya xaçapuri hazırlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
609 629 572 553 568 583

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.