n2006

n2006 Mətbəx 23-06-2022, 14:30

Dadına Doymayacağınız Pendirli Yerkökü Salatı

Dadına Doymayacağınız Pendirli Yerkökü Salatı
Pendirli yerkökü salatı, sadəliyi və dadı ilə qəlbləri fəth edir. Cəmi bir neçə dəqiqəyə süfrənizdə ətirli, dadlı və faydalı bir salat olacaq. LoaDinG.Az dadından doymayacağınız pendirli yerkökü salatının reseptini təqdim edir.

Tərkibi:


2 ədəd bişmiş yumurta
4 ədəd bişmiş yerkökü
2-3 diş sarımsaq
70 qr pendir
120 qr toyuq filesi
duz, istiot
3 xörək qaşığı mayonez
Hazırlanma qaydası:

Yumurta və yerkökünü suda bişirin. Toyuq filesini də duz əlavə edilmiş suda bişirin. Qabıqlarını təmizlədiyiniz, soyuyan yumurta və kartofu sürtgəcdən keçirin. Bişib soyuyan toyuq filesini də didin. Pendiri və sarımsağı da sürtgəcdən keçirin. Bir qabda rəndələnmiş pendir, yerkökü, yumurta, sarımsaq, toyuq filesi, duz və istiot töküb qarışdırın. Üzərinə mayonez də əlavə edib qarışdırın. Salat hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 445 380 427 450 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.