n2006

n2006 Mətbəx 27-06-2022, 07:00

Tənbəllər Üçün 10 Dəqiqəyə Səhər Yeməyi

Tənbəllər Üçün 10 Dəqiqəyə Səhər Yeməyi
Evdə olan ərzaqlardan minimum vaxtda ləzzətli səhər yeməyi hazırlaya bilərsiniz. LoaDinG.Az 10 dəqiqəyə bütün ailəyə ləzzətli səhər yeməyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

4 ədəd lavaş
3 ədəd yumurta
100 qr kolbasa
120 qr pendir
duz, istiot
1 ədəd pomidor
10 qr kərə yağı
Hazırlanma qaydası:

Bir qabda yumurtaların üzərinə duz, istiot səpib qarışdırın. Qalın tavanı kərə yağıyla yağlayın. Yumurtanın yarısını tavaya tökün. İlk lavaşı (tava ölçüsündə) yumurtanın üzərindən yerləşdirin. Üzərinə kolbasa dilimlərini və sürtgəcdən keçirilmiş pendir düzün. Daha sonra yenidən lavaş qoyub üzərinə pomidor dilimləri və pendir düzün. Yenə lavaş yerləşdirib, kolbasa və pendir düzün. Ən son qata lavaş yerləşdirib üzərinə qalan yumurtanı da tökün. Tavanın qapağını örtüb zəif ocaqda 5 dəqiqə iki tərəfli bişirin. Səhər yeməyi hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 370 333 358 315 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.