n2006

n2006 Mətbəx 4-07-2022, 13:30

Heyrətamiz Dadı İlə Heyran Edəcək Lavaşda Julyen

Heyrətamiz Dadı İlə Heyran Edəcək Lavaşda Julyen
Heyrətamiz dadı və hazırlanma qaydasıyla heyran edəcək lavaşda julyen hazırlaya bilərsiniz. Bu dadlı qəlyanaltı həm də bayram süfrəsi üçün uyğundur. LoaDinG.Az lavşada julyen reseptini təqdim edir.

Tərkibi:

2-3 ədəd nazik lavaş
1 ədəd toyuq filesi
300 qr şampinyon göbələyi
2 ədəd soğan
2 ədəd yumurta
100 ml xama
100 qr bərk pendir
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini kiçik kub formasında doğrayın və az yağda bişirin. Daha sonra üzərinə xırda doğranmış soğanı da əlavə edib bir neçə dəqiqə qovurun. Göbələyi də xırda doğrayın əlavə edin. Ən sonda duz və istiot səpib ocaqdan götürün. Lavaşı böyük olmayan kvadrat formasında kəsin və 2 dənəsini üst-üstə qoyub maffin qəlibinə yerləşdirin. Hazırladığınız içliklə lavaşları doldurun. Başqa bir qabda yumurtanı və xamanı çəngəllə yüngül çırpın. Yumurtalı qarışığı juleynlərin üzərinə gəzdirin. Daha sonra üzərinə rəndələnmiş pendir səpib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Süfrəyə verdikdə üzərinə xırda doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
516 548 497 507 496 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.