n2006

n2006 Mətbəx 13-12-2022, 13:01

Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçik

Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçik
Səhər yeməyi süfrəsi üçün 4 məhsulla ləziz qəlyanaltı hazırlaya bilərsiniz. LoaDinG.Az içliklə doldurulmuş yumurtalı blinçik reseptini təqdim edir.

Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçikin tərkibi:
170 qr toyuq filesi
50 qr holland pendiri
50 qr süzmə qatıq
3 ədəd yumurta
duz, istiot
Səhər Yeməyi Süfrəsi üçün İçliklə Doldurulmuş Yumurtalı Blinçikin hazırlanma qaydası:
Toyuq filesini az duzlu suda 25-30 dəqiqə bişirin. Bişirib soyutduğunuz fileni didin. Pendiri sürtgəcdən keçirib toyuq filesinin üzərinə əlavə edin. Zövqə görə duz, istiot və süzmə qatıq əlavə edib qarışdırın. Yumurtalı blinçiki hazırlamaq üçün kasada bir ədəd yumurtanı çəngəllə çırpın. Yağlanmış tavada yumurtanı yalnız bir tərəfdən bişirin. Qalan 2 ədəd yumurtanı da bu qaydayla bişirin. Bişən yumurtalı blinçikə hazırladığınız içliyi büküb süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 601 505 510 479 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.