n2006

n2006 Mətbəx 26-06-2022, 13:00

Toyuqlu Və Göbələkli Blinçiklər

Toyuqlu Və Göbələkli Blinçiklər
Toyuq və göbələkli içlikilə doldurulmuş blinçikləri həm səhər yeməyi, həm də nahardan sonra doyurucu bir qəlyanaltı hesab etmək olar. LoaDinG.Az toyuqlu və göbələkli blinçiklərin reseptini təqdim edir.

Tərkibi:

Blinçiklər üçün:


800 ml süd
200 ml su
4 ədəd yumurta
1 dolu xörək qaşığı kartof nişastası
çimdik duz
1 xörək qaşığı şəkər tozu
6-7 dolu xörək qaşığı un
4 xörək qaşışığı bitki yağı
İçlik üçün:

toyuq filesi
şampinyon göbələyi
soğan
zövqə görə mozarella pendiri
göyərti
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda bişirin. Bişən fileni öz suyunda soyumağa buraxın. Soğanı və göbələyi doğrayıb tavada qovurun. Üzərinə didilmiş toyuq filesini də əlavə edin. Duz, istiot və toyuq filesinin bulyonunun yarısını süzüb əlavə edin. Suyu çəkilənə qədər bişirin. Soyuyan içliyə zövqə görə rəndələnmiş mozarella pendiri və göyərti əlavə edib qarışdırın.
Blinçik xəmirini hazırlayıb tavada bişirin. Bişən blinçikləri içliklə doldurub bükün və kərə yağı və ya bitki yağında iki tərəfli yüngül bişirin. Bu qaydayla bütün blinçikləri içliklə doldurub bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 401 429 421 409 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.