n2006

n2006 Mətbəx 5-07-2022, 10:32

Səhər Yeməyi Süfrəsi Üçün Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokma

Səhər Yeməyi Süfrəsi Üçün Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokma
Səhər yeməyində eyni şeyləri yeməkdən yorulmusunuzsa yeni ləzzətlər kəşf edin! Səhər yeməyi süfrənizi zənginləşdirmək üçün bu üstü xırçıldayan, içi axışqan pendirli lokmaları hazırlaya bilərsiniz. LoaDinG.Az pendirli lokmanın reseptini təqdim edir.

Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın tərkibi:
3 ədəd yumurta
3 xörək qaşığı qaymaqsız qatıq
1 stəkan rəndələnmiş pendir
yarım stəkan duru yağ
3-4 budaq doğranmış cəfəri və ya şüyüd
1 paket qabartma tozu
2 çay qaşığı duz
yarım çay qaşığı qırmızı bibər tozu
1 çimdik istiot
1 kiçik diş rəndələnmiş sarımsaq
1 çay qaşığı sirkə
2-2,5 stəkan un
Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın hazırlanma qaydası:
İlk öncə bir qabda yumurtaları çırpın. Üzərinə qatıq, rəndələnmiş pendir, duru yağ, doğranmış cəfəri və ya şüyüd, qabartma tozu, duz, bibər tozu, istiot və rəndələnmiş sarımsaq əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib qarışdırın. Tavaya bol yağ töküb qızdırın. Hazırladığınız xəmirdən bir desert qaşığı götürün, qızdırılan yağa tökün və yaxşıca qızardın. Bu qaydayla xəmir bitənə qədər lokmalar qızardın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
581 607 537 529 525 514

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.