Qarabağ – Zürich: Biletlərin qiyməti açıqlandı
Qarabağ və İsveçrənin Zürich komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.
Loading.az xəbər verir ki, azarkeşlər biletləri iyulun 15-də saat 11:00-dan əldə edə biləcəklər.
Qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.
Biletləri “Iticket.az”-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və “iticket.az”-da onlayn qaydada, “Park Bulvar”dakı Qarabağ FK-nın fan-şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.
İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.