n2006

n2006 Sağlamlıq 23-07-2022, 14:30

Zəncəfil və sarımsaq ömrü UZADIR

Zəncəfil və sarımsaq ömrü UZADIR
Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan soyuqdəymə prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.
LoaDinG.Az xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stress və iltihab yaşlaşmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən "Express" nəşriyyatı zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.
Sarımsaq. Tokioda Yakut şirkətinin təşkil etdiyi qocalma problemlərinə həsr olunmuş tədqiqat konfransında təqdim edilən nəticələrə görə, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər ədviyyəli tərəvəzin bağırsaq üçün faydasını sarımsağın tərkibindəki "yaxşı" bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.
Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) "pis" xolesterinin səviyyəsi azalır.
"Express" həmçinin xəbər verir ki, zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.
Zəncəfil və sarımsaq. "Sift Deck Research Page" dərc olunan tədqiqatın nəticələri antioksidan və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.
"Əvvəlki işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stressi azaldan qlutation kimi daxili antioksidanların səviyyəsini artırdığığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir, və bu xüsusiyyətlər qocalma prosesini ləngidir", - deyə elmi ekspertlər vurğulayır.
Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 349 325 332 331 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.